Bu, onların sağ qalması üçün yeganə yoldur - Eyvazov

3 Noyabr 2020 16:10 (UTC+04:00)

Döyüş əməliyyatları əsasən Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində davam edir.

Mövqe.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı legitim hərbi hədəflər məhv edilir:

“Düşmənin döyüş meydanından məlumatı olmayan rəhbərliyi hələ də daxili auditoriyaya yalan məlumat verir. Buna görə də aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur”.