Düşmən Ağdamın kəndlərini intensiv atəşə tutur

4 Noyabr 2020 10:30 (UTC+04:00)

Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.

Bu barədə Mövqe.az-a məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür", - nazirlik bildirib.