Maradona beyin əməliyyatı keçirdi

4 Noyabr 2020 13:44 (UTC+04:00)

Əfsanəvi futbolçu Dieqo Maradona beyin əməliyyatını uğurla keçirib.

Mövqe.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.

“1,5 saat keçən əməliyyatdan sonra Dieqonun problemini həll etdik. Hər şey yaxşı keçdi. Hazırda o, nəzarət altında qalacaq. Şişkinlik artıq keçib, buna görə Maradona yaxşılaşa bilər”, – deyə futbolçunun həkimi Leopold Luke bildirib.

Xatırladaq ki, Maradona 2 noyabrda xəstəxanaya yerləşdirilib.