Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat edib

4 Noyabr 2020 13:52 (UTC+04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.

AzTU-dan Mövqe.az-a verilən məlumata görə, Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi.