Hər kəs Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməlidir - Çavuşoğlu

4 Noyabr 2020 15:15 (UTC+04:00)

Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

Mövqe.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında bildirib.

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını deyən nazirin sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”.