Sahil Babayevdən yeni təyinat

4 Noyabr 2020 15:51 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yeni idarə müdiri təyin edib.

Mövqe.az Unikal.org-a istinadən xəbər verir ki, S.Babayevin əmri ilə Habil Alıyev Dövlət Məşğulluq Agentliyinin 16 saylı Regional İdarəsinə müdir təyin olunub.

Qeyd edək ki, adıçəkilən idarənin əhatə dairəsinə mərkəzi Saatlı şəhəri olmaqla, Saatlı, Sabirabad və Cəbrayıl rayonları aiddir.