Biz zəfər çalacağıq!

4 Noyabr 2020 18:24 (UTC+04:00)

Azərbaycan vətəndaşlarının vətənpərvərliyinin bariz nümunəsi bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdir. Bu döyüşlərdə iştirak edən hər bir hərbi qulluqçunun ruh yüksəkliyi bunu deməyə əsas verir. Lazım olmadığı halda Azərbaycan ordusuna köməyə gələn, könüllü hərbi hissələrə yola düşən, hətta öz xahişləri ilə könüllü ön cəbhəyə getmək istəyən gənclər bu gün saysızdır. Onlar qorxmadan, çəkinmədən qızğın döyüşlərə atılmağa çalışırlar. 

     Haqq yolunda apardığımız bu mübarizə təkcə döyüş bölgəsində deyil, eyni zamanda diplomatiya meydanında da nəticəsini verir.  Belə ki,  mövcud vəziyyətlə  əlaqədar Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müxtəlif xarici dövlətlərin telekanallarına müsahibə verir. Bu günlərdə prezidentimiz maraqlı çıxışları ilə yadda qalır.Dünyaya səsimizi çatdırmaq üçün təbii ki müsahibələrin rolu böyükdür. Növbəti  müsahibələrdən biri də Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsi idi.    

       Müsahibənin maraqlı məqamlarından biri  jurnalistin verdiyi bu sual oldu : “ Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”

     Cənab Prezident suala cavab verərək bildirdi ki :

 - “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”

 

Gülayə Əliquliyeva

Nəsimi rayon təhsil işçisi