Biz haqq yolunda savaşırıq!

4 Noyabr 2020 19:51 (UTC+04:00)

Artıq Azərbaycanın ayrılmaz hissəsi olan, xalqımızın doğma yurdu olan Qarabağ uğrunda 1 aydan çoxdur ki, mübarizə davam edir. Bu mübarizə haqqın mübarizəsidir. Bu yolda bir çox itkilər versəkdə, çox acı çəksəkdə Qarabağ uğrunda bu acıları çəkməyə dəyər. Çünki biz çəkdiyimiz qədər çəkdirtməyə, yaşadıqlarmızı yaşatmağa gəlmişik. Xalqımız bir yumruq olub Qarabağ uğrunda bir-birilərinə qarşı köməyi, dəstəyi əsirgəmirlər. Ön cəbhədə igid əsgərlərimiz vuruşarkən, arxa cəbhədə biz gənclər bacardığımız qədər vuruşub hər birimiz informasya mübarizəsinin bir üzvü kimi fəaliyyət göstəririk.

Xarici informasya agentlikləri də bu məsələlərdən yan keçmir, tez-tez cənab prezidentimiz İlham Əliyevdən Qarabağdaki mövcud vəziyyətlə əlaqədar müsahibələr alırlar.Yaxın zamanlarda prezidentimiz İlham Əliyev Almaniyanın ARD televizya kanalına müsahibə vermişdir. O hər zaman ki  kimi bu dəfə də müsahibəsində Qarabağ həqiqətlərindən, bizm haqq yolunda olduğumuzdan, Ermənistanın isə hiyləgərliklərindən, törətdiyi terorizm aktlarından, atəşkəsi pozma hallarından və s.kimi məsələlərdən söz açmışdır.

Biz bir xalq olaraq inanırıq ki, çox yaxın zamanda Qarabağa qovuşacaq və orada zəfər bayramını qeyd edəcəyik. Bizim bu inamımızın arxasında cənab prezidentimiz İlham Əliyev kimi bir Ali Baş Komandan, rəşadətli ordumuz və yumruq kimi birləşən Azərbaycan xalqının yenilməz müharibə əzmi, iradəsi və vətən sevgisi var. Çox az qalıb tezliklə Qarabağın hər qarışında Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ bizimdir,bizim olacaq!

 

İbadova Günay

Nəsimi rayon gənci