Hərbçi aeroport yolunda qəza törətdi və pul aldı-ÖZƏL
20 Avqust 2013 21:23 (UTC+04:00)
Mövqe.az-ın hadisə yerində olan əməkdaşının
verdiyi məlumata görə, bu gün saat 19:00 radələrində aeroport
yolunda, Milli Aviasiya Akademiyasına çata-çatda yol-nəqliyyat
qəzası baş verib. "90 FG 172" nömrəli, qırmızı rəngli,
xarici markalı avtomobilin sürücüsü "10 TF 521" dövlət nömrə
nişanlı 171 saylı marşrut avtobusun qarşısına çıxaraq qəza törədib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə, avtobus
sərnişinləri möhkəm həyəcan keçiriblər. İki sürücü arasında yaşanan
mübahisə bu həyəcanı bir az da artırıb. Qəza törədən və günahkar
olan fərdi avtomobilin sürücü özünü təqsirli bilməyərək avtobus
şoferinə qarşı kobud sözlər işlədib, təhqir və şantaj xarakterli
sözlərlə ona hədə-qorxu gəlib. Bu səbəbdən heç bir günahı olmayan
avtobus sürücüsü onu təhdid edən avtomobil sürücüsünə müəyyən
məbləğdə pul ödəməli olub. Qeyd edək ki, hadisə şahidləri qəzanın
avtomobil sürücüsünün günahı ucbatından baş verdiyini təsdiqləsələr
də, bildiriblər ki, günahkar hərbçidi deyə özünü təmizə çıxara
biləcək. Hadisə kənar müşahidəçilərin dediyi kimi yekunlaşıb.
Avtobus sürücüsü təqsirkara 40 manat ödəyib. Mövqe.az oxuculara
hadisə yerindən çəkilən şəkilləri təqdim edir: