Ordumuz niyə bu əməliyyatı həyata keçirmədi?

5 Noyabr 2020 13:00 (UTC+04:00)

Xankəndi “bələdiyyəsi”nin sədri deyib ki, müharibəyə qədər şəhərdə 56 min erməni yaşayırdı, hazırda isə bu rəqəm 17 minə düşüb, havalar soyuyur, əgər sakinlər istəsələr, onları Ermənistana köçürə bilərik.

Baxın, bu, ermənilərin köçürülmə şəkli.

İndi gəlin azərbaycanlıların köçürülmə şəklinə baxaq.

Məsələn, Xocalını tərk etmək istəyənlər... Qışın oğlan çağında qar dizəcən ikən ayaqyalın-başaçıq kilometrlərlə yol getdilər. Xilas olduqlarını düşündükləri anda erməni terrorçuları çıxıb onları gülləbaran etdi, əsir götürüb ağlasığmaz işgəncələrə məruz qoydular. Detallara varmıram, hamımız ermənilərin mülki əhalimizə qarşı nələr etdiyini bilirik.

Sözümü nəyə gətirirəm...

Hərbi ekspertlər deyirlər ki, Azərbaycan Ordusu Laçın dəhlizini çoxdan tuta və Qarabağdakı erməniləri mühasirəyə ala bilərdi. Amma etmir. Niyə?

Çünki Ordumuz bu savaşda nəinki mülki əhalinin ölməsini istəmir, həm də erməni hərbçilərinin kütləvi şəkildə qırılmasında maraqlı deyil. Bizim məqsədimiz erməni qırğını həyata keçirmək deyil, torpaqlarımızı terrorçulardan azad etməkdir.

Bizim məqsədimiz çox aydındır: erməni qoşunları torpaqlarımızdan çıxsın, bir güllə də atmayacağıq. Üstəlik, mülki ermənilərin bir telinə də zərər dəyməyəcək.

Bəli, biz buyuq – Laçın dəhlizini açıq saxlayıb, ermənilərin torpaqlarımızı tərk etməsinə şərait yaradan bir Ordu.

Biz ermənilər kimi Xocalını mühasirəyə alıb, orada soyqırım aktı törədəcək qədər vəhşi deyilik. Halbuki mühasirəyə almağa, blokadaya salmağa hərbi qüvvəmiz var.

Məsələn, savaşın ilk günlərində erməni hərbçilərini mühasirəyə almışdıq. Nazirlik səviyyəsində xəbər göndərdik ki, təslim olun, sizə atəş açmayaq.

Sizə adi gələ bilər, amma dünya hərb meydanında belə hallar nadirən olur. Çünki hər bir əsir əlavə xərc deməkdir. Ona görə də əksər ordular əsir götürmək əvəzinə öldürürlər.

Fikrimi ümumiləşdirim:

1. Laçın dəhlizini açıq saxlayıb, ermənilərin avtobuslarda rahat köçürülməsinə şərait yaradırıq.

2. Deyirik ki, erməni qoşunları torpaqlarımızdan çıxsın, erməni vətəndaşlarımız qalsın, bir güllə belə atmayacağıq.

3. Deyirik ki, mühasirəyə düşən erməni hərbçiləri təslim olsun, onlara zərər vurmayacağıq.

4. Erməni analara çağırış edirik: övladlarınızı göndərməyin, Paşinyan onları ölümə tərk edir.

5. Deyirik ki, mülki ermənilər, hərbi obyektlərin yaxınlığından uzaq durun, əməliyyat zamanı xəsarət ala bilərsiniz.

Və sair və ilaxır... Bu, bilirsiniz nəyi göstərir? Azərbaycan Ordusu Qarabağdakı ermənilərin taleyinə görə Nikol Paşinyandan daha çox narahatdır.

Biz hər vəchlə çalışırıq ki, düşmənin mülkiləri zərər görməsin, qan tökülməsin. Amma Paşinyan iddia edir ki, guya Azərbaycan Qarabağda soyqırım törətmək istəyir. Axı, soyqırım törətmək istəyən bir Ordu yuxarıda sadaladığım çağırışları niyə etsin?

Bax, hazırda Qarabağda gedən müharibə ilə bağlı reallıq bundan ibarətdir. Amma Paşinyan bunu öz xalqından gizlədir, əvəzində isə faşist ruhlu bəyanatlar verərək, onsuz da beyni miflərlə yuyulmuş erməni xalqını daha da radikallaşdırır və qan tökülməsini davam etdirir.

Biz Qarabağın hər qarışını işğaldan azad edəcəyik. Yaxşı olardı ki, erməni ziyalıları (əgər varsa) öz əsgərlərini silahı yerə qoymağa çağırsınlar. Əks halda Ordumuz tərəfindən saxta ideologiyası, mifologiyası darmadağın edilən ermənilərin genefondu da “Bayraktar”, “Harop” altına düşəcək.