"Qarabağ" "Adidas"la bağlı açıqlama yaydı

5 Noyabr 2020 14:02 (UTC+04:00)

"Qarabağ" klubu mətbuatda və sosial şəbəkələrdə komandanı geyim dəsti ilə təmin edən "Adidas" şirkəti ilə münasibətlərin pozulmasına dair məlumatlara aydınlıq gətirb.

Unikal.org xəbər verir ki, Ağdam təmsçisi bu barədə rəsmi feysbuk səhifəsində paylaşım edib.

Klub bəyan edib, bu xəbərlər həqiqəti əks etdirmir.