"Virtual məktəb"də məktəbəhazırlıq qrupları üzrə də qeydiyyat mümkündür

5 Noyabr 2020 17:44 (UTC+04:00)

2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul olmuş şagirdlərin "Virtual Məktəb"də qeydiyyatı mümkündür. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Bu barədə Mövqe.az-a Təhsil Nazirliyinə istinadən məlumat verir.

Qeydiyyat və şifrə bərpası prosesləri bağlı ətraflı videotəlimatları təqdim edirik: shorturl.at/akCS0, https://we.tl/t-0YVyh5xCUQ