Ağdam istiqamətində düşmənə zərbə

5 Noyabr 2020 20:49 (UTC+04:00)

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.