Avropa Liqasında həftənin oyunçusu adına namizədlər məlum oldu

6 Noyabr 2020 08:47 (UTC+04:00)
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Siyahıda Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı yer alıb. Jivkoviç Niderland PSV-si ilə matçda (4:1) 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Beyli İsraildə Beer-Şeva "Hapoel"i ilə görüşdə (4:2) dubl edib. Yuliş Şotlandiyada "Seltik"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda, Yazıçı isə İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.