Diasporla İş üzrə Dövlət Komitəsi 47 min manatlıq bayraq alıb

6 Noyabr 2020 13:08 (UTC+04:00)
Diasporla İş üzrə Dövlət Komitəsi bayraqların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. "Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Maskat-LM" MMC-dir. Qalib şirkətə 46,5 min manat ödəniləcək. Məsələ ilə bağlı Komitədən "Report"a bildirilib ki, satınalmaya hər biri 15 manata 2 000 ədəd Azərbaycan bayrağı, hər biri 10 manata 100 ədəd stolüstü Azərbaycan bayrağı, hər biri 1,8 manatdan 2 000 ədəd aksiyalarda əldə tutulan Azərbaycan bayrağı, hər biri 3 manata 1 000 ədəd bayraq dirəyi, hər biri 280 manata metal dirəkli 5 ədəd Azərbaycan bayrağı və hər biri 15 manata 500 ədəd Türkiyə bayrağı daxildir.