Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb

6 Noyabr 2020 18:18 (UTC+04:00)
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil "Hyundai" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.