Portuqaliya komandasının 21 futbolçusu və baş məşqçisi koronavirusa yoluxdu

6 Noyabr 2020 20:29 (UTC+04:00)
Futbol üzrə Portuqaliya çempionatında çıxış edən "Moreyrense" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 21 futbolçusunun testi müsbət nəticələnib. Bundan əlavə, baş məşqçi və texniki heyətin bütün üzvlərində infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub və ümumilikdə 30 şəxsin testi müsbət nəticə verib. "Moreyrense" çempionatda "Pasuş de Ferreyra" ilə matçın təxirə salınmasını tələb edib. Qeyd edək ki, qarşılaşma noyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlamalıdır.