Ermənilər tərəfindən "öldürülən" azərbaycanlı onları Facebook-da ifşa etdi

6 Noyabr 2020 23:00 (UTC+04:00)
Erməni jurnalistlərin daha bir saxtakarlığı ifşa olunub. Ermənistan mətbuatı Ermənistan Silahlı Qüvvələri tərəfindən guya Pakistanlı muzdlu Ədalət Cefersonu zərərsizləşdirildiyi barədə dezinformasiya yayıb. Həmin "xəbərə" "öldürülən şəxsin" fotoşəkili də əlavə olunmuşdu. Bir neçə gün sonra bu saxtakarlığı görən əsl adı Ədalət Cəfərov olan soydaşımız dostlarına "mən getdim rəhmətə" dəyərək paylaşım edib.