Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb - MN

7 Noyabr 2020 11:12 (UTC+04:00)

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Mövqe.az-a məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb" - deyə, məlumatda deyilir.