Düşmənin növbəti hərbi kolonu məhv edilib - MN

7 Noyabr 2020 22:51 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Mövqe.az-a məlumat verilib.

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.