Qazaxıstanda koronavirusa daha 723 nəfər yoluxub

8 Noyabr 2020 10:00 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 723 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 116 162 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 107 668 nəfəri sağalıb, 1857 nəfəri isə vəfat edib.