Ərdoğan Azərbaycan xalqını təbrik etdi: Şuşa zəfəri...

8 Noyabr 2020 16:29 (UTC+04:00)

Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir.

Mövqe.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Addım-addım işğal altındakı şəhərləri və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”, - o vurğulayıb.