Düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi - Video

8 Noyabr 2020 16:45 (UTC+04:00)

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Bu barədə Mövqe.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.