DTX Bayraq Günü münasibətilə kompozisiya hazırladı - Video

8 Noyabr 2020 18:27 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi Dövlət Bayrağı Gününə həsr olunan musiqili videokompozisiya hazırlayıb.

DTX-dən Mövqe.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən müstəqilliyi, dövlətçiliyi, azərbaycançılığı, şanlı Azərbaycan Ordusunu tərənnüm edən və 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan "Dalğalandıqca Bayrağım" musiqili videokompozisiya hazırlanıb.