Şuşada erməni taboru və polkovnik məhv edildi

9 Noyabr 2020 12:50 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin verdiyi çoxsaylı itkilər arasında 246-cı alayın tabor komandiri, polkovnik-leytenant Artur Qriqoryan da yer alıb.

Mövqe.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi bazar ertəsi günü öldürülən daha 44 hərbçisinin adını açıqlayıb.

Siyahıda 1977-ci il təvəllüdlü polkovnik-leytenant Artur Volodyayeviç Qriqoryan da var.

Erməni saytlarında yer alan məlumatlara görə, Qriqoryanın məhv edilmiş alayı bu yaxınlarda Şuşa şəhərinə köçürülübmüş.