Şuşa döyüşləri: düşmən bu cür darmadağın edildi - Video

9 Noyabr 2020 16:09 (UTC+04:00)

Şuşa uğrunda döyüşləri əks etdirdiyi deyilən bu görüntülərin 6 noyabrda ermənilər tərəfindən lentə alındığı bildirilir.

Mövqe.az xəbər verir ki, görüntülərdə erməni zirehli texnikasının məhv edilməsi və erməni əsgərlərinin sıxışdırılması əksini tapıb.

Sosial şəbəkələrdə də bu video “ermənilərin qeydə aldığı bu görüntülər Azərbaycan Ordusunun qüdrətini göstərir” qeydi ilə təqdim edilir.

Qeyd edək ki, Şuşa 8 noyabrda azad edilib.