Qırğızıstanın sabiq Baş naziri Azərbaycan Prezidentini təbrik edib

9 Noyabr 2020 19:40 (UTC+04:00)
Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Mövqe.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli Prezident Əliyev,
Şuşa şəhərinin azad olunması Qarabağın işğaldan tam azad edilməsi ilə nəticələnəcək olduqca mühüm bir addımdır. Bütün dualarımız Azərbaycandakı bacı və qardaşlarımızladır".