Paşinyan Ermənistanda olduğunu açıqladı

10 Noyabr 2020 08:48 (UTC+04:00)
Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan ərazisində olduğunu açıqlayıb. Bu barədə N.Paşinyan özünün "Facebook" səhifəsində yazıb. Ermənistanın baş naziri bildirib: "Mən, əlbəttə Ermənistandayam və Ermənistan Republikasının baş naziri vəzifəsini icra etməyə davam edirəm".