XİN: Gürcüstan Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyir

10 Noyabr 2020 14:53 (UTC+04:00)
"Gürcüstan ümid edir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs barədə əldə olunmuş razılıq münaqişənin tam həllinə imkan verəcək". Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. Sənəddə Gürcüstanın tərəflər arasında dialoqu dəstəklədiyi qeyd olunub.