Mindən çox ailəyə sovqat aparıldı

11 Noyabr 2020 12:20 (UTC+04:00)

AzMİA (Mebel İstehsalçıları Assosiasiyası) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİ İB) "Vətən öncəbhədən başlayır" devizi ilə Ağdam, Cəbrayıl, Xocavənd, Füzuli, Ağcabədi rayonları istiqamətində yaşayan 1000-dən çox ailəyə 12 Noyabr Konstitusiya günü münasibətilə sovqatlar göndərib.

Mövqe.az xəbər verir ki, AzMİA və ABAİ İB rəhbərliyi və fəalları bundan sonra da sərhədyanı kəndlərlə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Qeyd edək ki, AzMİA və ABAİ İB həmçinin "Siz tək deyilsiz!" aksiyası çərçivəsində Gəncə, Bərdə, Tərtər və b. şəhər və rayonlarımızın işğalçı Ermənistan tərəfindən atəşə tutulması nəticəsində zərər çəkmiş ailələrə sovqat göndərib.