Türkiyə ilə Rusiya arasında Qarabağ sazişi - Ərdoğan

11 Noyabr 2020 15:20 (UTC+04:00)

Azərbaycanlı qardaşlarımızı bir daha təbrik edirəm.

Mövqe.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, əldə edilən razılaşmaya əsasən Azərbaycan torpaqları ən geci dekabrın 1-nə kimi təslim ediləcək:

“Azərbaycanla Naxçıvan arasında nəqliyyat təmin ediləcək və yol çəkiləcək. Türkiyə sazişin icrasına nəzarət etmək və izləmək üçün bölgədə Rusiya ilə birgə çalışacaq. Bununla bağlı bu səhər müqavilə imzalandı”.