Bakının bu rayonlarında su olmayacaq

12 Noyabr 2020 10:10 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 12 noyabr 2020-ci il tarixdə gün ərzində Bakı şəhərinin Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Mövqe.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.