İnternetə qoyulan məhdudiyyət aradan qaldırıldı

12 Noyabr 2020 10:38 (UTC+04:00)

Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Mövqe.az xəbər verir ki, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla ölkə ərazisində intenetə məhdudiyyət götürülüb.

Vətəndaşlar heç bir internet məhdudiyyəti olmadan informasiya resurslarından istifadə edə bilərlər.