Komendant saatı nə vaxt aradan qalxır?

12 Noyabr 2020 11:14 (UTC+04:00)
Ermənistanın kapitulyasiyası ilə Vətən müharibəsinin başa çatmasından sonra ölkədə mövcud olan komendant saatının nə vaxta qədər davam edəcəyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Milli Məclisin mətbuat xidmətindən Axar.az-ın sözügedən məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, tətbiq olunan komendant saatının nə vaxt aradan qaldırılacağı haqda hələlik məlumat yoxdur.