General Muradov Bakı və İrəvanla danışdı

12 Noyabr 2020 12:15 (UTC+04:00)

Rusiya sülhməramlı qoşunlarının komandanı general-leytenant Rüstəm Muradov Azərbaycan Müdafiə Nazirliyi, Ermənistanın müdafiə naziri və Ermənistan Baş Qərargah rəisi ilə danışıqlar aparıb.

Mövqe.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Tərəflər Azərbaycanın Qarabağ bölgəsində, həmçinin Laçın dəhlizində müşahidə postlarının qoyulmasının və sülhməramlıların bölgəyə girişinin müxtəlif aspektlərini, o cümlədən təhlükəsizlik məsələlərini müzakirə ediblər”, —nəşr bildirib.