Gözəl Qarabağımız Gözəl Yurdumuz

12 Noyabr 2020 11:24 (UTC+04:00)

Noyabrın 10-u ölkəmiz üçün unudulmaz bir tarix olmuşdur. Çünki məhz həmin gündə Ermənistan dövləti Dağlıq  Qarabağ münaqişəsinə son qoymuşdur.  Azərbaycan tarixi qələbəni döyüş meydanında qazanmışdır. Hər iki dövlət arasında imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi olaraq qalacaqdır.

     28 il işğal altında qalan Şuşa azad edilmişdir. Ermənistanın baş naziri gedib Şuşada andiçmə mərasimi keçirməsi  bir növ Azərbaycana satışmaq idi. Biz bunun hesabını soruşduq, diz çökdürdük.

     Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl gözəl ab-hava, beynəlxalq nüfuzumuz, ordu quruculuğu  təbii ki, bütün bunlar qələbəmizi şərtləndirdi.

     İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı daha da təmin etdi. Azərbaycan iqtisadi baxımından heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan hərbi texnikaları, silahları alırıq. Azərbaycanda müdafiə sənayəsi yaradıldı. Ordumuzun tələbatı yüksək dərəcədə daxili istehsal hesabına baş verir.

     Artıq ölkəmiz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkənin maraqlarını təmin edir. Bununla da  Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

     Qələbənin əldə edilməsində ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi olmuşdur. Müharibədən sonra hər kəs dövlət və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını anlamışdır.

   “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi və sonda da rəmzinə çevrildi. Təbii ki, Azərbaycan xalqı  şəhidlər verərək qələbəni qazandı. Allah şəhidlərimizə rəhmət eləsin.  Yaralı əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də dövlətimiz əlindən gələni edir.

          Əliyeva Zenfira                          

         Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi