Biz qalibik!

12 Noyabr 2020 12:17 (UTC+04:00)

İyirminci yüzilliyin ən faciəli münaqişəsi Ermənistan dövlətinin Azərbaycana qarşı olan işğalı ilə başladı.Erməni hərbi təcavüzü eyni zamanda Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi,hərc-mərclik,iqtisadiböhranla eyni bir dövrdə yaşandı.Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu təcrübəli dövlət xadimi Heydər Əliyevə həvalə etdi. Böyük öndər belə nəticəyə gəldi ki, Qarabağ münaqişəsinin həlli nizami ordunun yaranmasi,iqtisadiyyatın bərpası və Azərbaycanın digər dövlətlərlə munasibətinin qaydaya düşməsindən sonra həll oluna bilər.1994-cü il mayın 12-də atəşkəsə razılıq veriləndən sonra ulu öndər bütün dünya dövlətlərinin diqqətini Azərbaycana yönəltdi Beynəlxalq sülhün əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalını tanıdı. Həmcinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiqlədi. Lakin Ermənistan hakimiyyəti hər zaman beynəlxalq hüququn qərarlarını tanımazdan gələrək danışıqlarda müsbət nəticənin əldə olunmasına mane oldu.

      Bundan başqa atəşkəs rejiminə riayət etməyərək cəbhəboyu ərazilərdəki mülki şəxsləri atəşə tutdu.Butun bunlara son qoymaq məqsədilə hörmətli prezidentimiz İlham Əliyev açıq-aşkar bəyan etdi ki, Ermənistan dövləti ilə danışıqlar mümkün deyil və hərb yolu yeganə çıxış yoludur. 27 sentyabr 2020-ci il döyüşlərə başlayan Azərbaycan dövləti 44 gün ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərini , yüzlərlə kəndi, bir neçə yüksəkliyi və Xudafərin korpusunu işğaldan azad etdi. Düşmən tərəf döyüş zonasında məğlub olduğunu qəbul etmədiyinə görə yenə də mülki şəxsləri hədəfə alaraq Gəncə və Bərdə terrorundan da çəkinmədi. Ermənistanın məğlubiyyəti öz sözünü demək üzrə idi.Beləliklə, 10 noyabr 2020- ci ildə Rusiya dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyev və Ermənistan dövlətinin Baş Nazirinin imzası ilə bəyannamə imzalandı. Cədvəl üzrə Ağdam,Lacin,Kəlbəcərin sülh yolu ilə azad edilməsi,sərhədlərə Rusiya və Türkiyə sülhməramlılarının nəzarət etməsi bəyan  edildi.
      Beləliklə Azərbaycan dövləti həm hüquqi, həm də siyasi qələbəsini əldə etdi. Rəşadətli Azərbaycan Ordusu və cəsarətli Ali Baş Komandanımızın sayəsində biz qalibik!

 

Elnurə Mamedova

Nəsimi rayon təhsil işçisi