Nazir bəyan etdi: Daha bir təhlükəli terrorçu məhv edildi

12 Noyabr 2020 20:51 (UTC+04:00)

Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib.

Mövqe.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkə hesabından məlumat yayıb.

Bildirilir ki, ən təhlükəli terrorçular sırasında axtarışda olan İsmail Sürgeç uzun illər “Yılmaz” ləqəbi ilə PKK sıralarında fəaliyyət göstərib və bu terror təşkilatının aparıcı şəxslərindən olub.

Zərərsizləşdirilən terrorçu İsmail Sürgeç bir sıra ağır terror aktları törətməkdə ittiham olunurdu.