Ovannisyan istefa verdi

12 Noyabr 2020 22:00 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, Ovannisyan bu barədə özünün Feysbuk səhifəsində məlumat verib.

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən Ovannisyan açıqladığı bütün məlumatların Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təqdim edilən hesabatlara əsaslandığını diqqətə çatdırıb

İstefa qərarını noyabrın 9-dan verdiyi deyən Ovannisyan bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirib.