BBC: Ermənilər evlərə od vurub ərazini tərk edirlər

13 Noyabr 2020 10:46 (UTC+04:00)

Bu günü Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu – red.) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar.

Mövqe.az Report-a istinadən xəbər verir ki, bunu BBC-nin müxbiri Vill Vernon Tvitterdə yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarmalıdır.