Fəxrəddin Abbasov həbsxanada intihar etdi

13 Noyabr 2020 13:52 (UTC+04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Unikal.org xəbər verir ki,  onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilmişdi.