Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı

13 Noyabr 2020 14:25 (UTC+04:00)

Ermənistan Azərbaycan torpaqlarında Ordumuzun məhv etdiyi polislərinin sayını açıqlayıb.

Mövqe.az xəbər verir ki, sentyabrın 27-dən noyabrın 10-dək 28 erməni polisin öldürüldüyü, 150 polisin yaralandığı bildirilib.

43 polis əməkdaşının isə itkin düşdüyü deyilib.

Qeyd edək ki, müharibə zamanı Ermənistan ordusundakı canlı qüvvə çatışmazlığı səbəbindən polis də daxil olmaqla, bütün strukturlarda səfərbərlik həyata keçirilmişdi.