Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır
22 Avqust 2013 12:14 (UTC+04:00)
Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas
seçimi başa çatır. TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a
verilən məlumata görə, indiyə qədər artıq 9606 şəxs ixtisas
seçimi edib.
Bunlardan 2695-i I qrup, 1429-u II qrup, 4808-i
III qrup, 680-i isə IV qrupa sənəd verən abituriyentlərdir.
Məlumatda bildirilir ki, abituriyentlər bu günün sonuna kimi həm
ali məktəblərin, həm də kolleclərin ixtisaslarını seçmək hüququna
malikdirlər.
Qeyd edeək ki, ali məktəblərin boş qalan yerlərinə
ixtisas seçimi avqustun 18-dən başlayıb.