Polşada azərbaycanlı tələbəni ermənilər öldürüb?

13 Noyabr 2020 15:41 (UTC+04:00)

3 ilə yaxındır Polşada təhsil alan və işləyən İsmayılov Müşfiq Asif oğlu dünyasını dəyişib.

Bu barədə Mövqe.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır.

Qeyd edək ki, Müşfiq İsmayılovun ermənilər tərəfindən qətlə yetirilməsi barədə iddialar var.