Yerevanda etiraz aksiyalarına hərbçilər də qoşulub?

13 Noyabr 2020 17:36 (UTC+04:00)

Yerevanda keçirilən etiraz aksiyalarına hərbi geyimdə şəxslər qoşulur.

Mövqe.az bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, həmin şəxslər Dağlıq Qarabağdan, ön cəbhədən gəldiklərini deyiblər.

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası davam edir.