Türkiyədə zəlzələ olub

15 Noyabr 2020 08:00 (UTC+04:00)
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:22-də qeydə alınıb. Zəlzələnin episentri Pülümür rayonunda, zəlzələ ocağı 10,06 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat qeydə alınmayıb.