Ordumuz Kəlbəcərə hərəkət etmək üçün tam hazırdır- General

15 Noyabr 2020 15:24 (UTC+04:00)

Azərbaycan ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır. Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib. Onun sözlərinə görə, ermənilərin Kəlbəcərdən çıxması üçün yol çox dardır, proses ləngiyir: "Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik".