PKK-nın əsas terrorçularından biri öldürülüb

15 Noyabr 2020 20:00 (UTC+04:00)
Türkiyədə PKK terror təşkilatının bir nömrəli isminin öldürülməsi məlum olub. APA-nın Türkiyə mediasına istinadla xəbərinə görə, PKK-nın "Yılmaz" kod adlı terrorçu İsmail Sürgeç 10 noyabrda öldürülərək zərərsizləşdirilib. O, PKK-nın "Dersim əyalətinin "komandiri" olub və Tuncelidə axtarışı üçün başına 10 milyon Türk lirası qoyulub. İ.Sürgec bir çox terror hücumlarına rəhbərlik etməklə və PKK-dan qaçanları öldürməklə tanınıb.