Bakıda yol qəzası olub - Aeroport yolunda sıxlıq yaranıb

15 Noyabr 2020 22:20 (UTC+04:00)
Heydər Əliyev prospekti-Hava limanı yolunda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə özünün "Facebook" səhifəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. M.Ağayev bildirib: "Heydər Əliyev prospekti-Hava limanı yolunda (Bülbülə qəsəbəsi saatın yanı) yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda yolda sıxlıq müşahidə olunur".