Göyərçin sahibini milyonçu etdi

16 Noyabr 2020 14:07 (UTC+04:00)

Belçikada hərraca çıxarılan yarış göyərçini rekord qiymətə satılıb.

Axar.az xəbər verir ki, Nyu Kim adlı iki yaşlı göyərçin üçün hərracın son yarım saatında şiddətli rəqabət yaşanıb.

İki Çin kolleksionerinin iştirakı ilə sürətlə artan qiymət 1,6 milyon avronu keçib.

Göyərçinin sahibi Kurt Van de Vouver qiymətin onları şoka saldığını deyib.